ABŞ-Meksika klubları arasında keçirilən "Liqalar Kuboku" turnirində "İnter Mayami" klubu növbəti oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, Lionel Messinin çıxış etdiyi komanda doğma meydanda "Atlanta Yunayted" klubunu 4-0 hesabla darmadağın edib. Bu oyunda Leo Messi 2 qol, 1 məhsuldar ötürmə, 3 açar ötürmə ilə yadda qaldı və oyunu 10 bal üzərindən 9.9 bal ilə tamamladı.
Qeyd edək ki, Leo Messi yeni klubunda 2 oyuna 3 qol və 1 assist etməyi bacaıb.






