Məşhur amerikalı basketbolçu Lebron Ceymsin oğlu Bronni Ceyms Cənubi Kaliforniya universitetində məşq edərkən infarkt keçirib.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Lebron Ceyms hadisəni doğrulayıb. O, oğlunun "USC Trojan" komandası ilə yeni mövsümə hazırlaşarkən hadisənin baş verdiyini bildirib.
Ailənin vəkili açıqlamasında "Bronninin vəziyyəti yaxşıdır, komadan çıxıb" deyib.






