AMB: "İran bankının bağlanması nəzərdə tutulmur"

Gozel Həşimova
AMB: "İran bankının bağlanması nəzərdə tutulmur"

İran Milli Bankının Bakı filialının lisenziyasının ləğv edilməsi nəzərdə tutulmur.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Filialda yoxlamalar aparılıb və bəzi nöqsanlar aşkar edilib. Bununla əlaqədar orada əməliyyatlar məhdudlaşdırılıb. İran bankının bağlanması planlaşdırılmır, çünki bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır, nöqsanlar aradan qaldırdıqdan sonra normal fəaliyyətini davam etdirə bilər. Yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycana qanunvericiliyin tətbiqi ilə bağlı olub", - deyə o qeyd edib.

Digər xəbərlər