Toni Kroos: "Arda Gülər yaşına görə möhtəşəm bir istedada sahibdir"
Əziz Əzizli
"Arda Gülər yaşına görə möhtəşəm bir istedada sahibdir"
"Operativ Media" xəbər verir ki, bunları İspaniya millisinin yarımmüdafiəçisi Toni Kroos yeni transfer Arda Gülər haqqında danışarkən deyib.
"Ardanın çox, çox yaxşı sol ayağı var. Düşünürəm ki, xüsusilə gələcək üçün yaxşı və ağıllı transfer oldu".
"Arda Gülər təkliflərə çox açıqdır və daim suallar verir. Bu həmişə müsbət əlamətdir. Ümumiyyətlə, 17-18 yaşlarında nə qədər yaxşı olduğunu düşünən, məsləhətə qapalı futbolçular var, amma Arda Gülər onlardan deyil".
Qeyd edək ki, Arda Gülər bu ay "Fənərbağça" klubundan "Real Madrid"ə transfer olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net