Menyu

"Fatih Terimə Azərbaycandan təkliflər gəlir"

Əziz Əzizli
"Fatih Terimə Azərbaycandan təkliflər gəlir"
1 dəq oxu

Türkiyə millisinin sabiq futbolçusu Necati Ateş Fatih Terimə Azərbaycandan təkliflər olduğunu deyib.

"Operativ Media" xəbər verir ki, keçmiş hücumçu bununla bağlı Türkiyə mətbuatına açıqlamasında söyləyib:

"Fatih Terimə Azərbaycan və Qətərdən təkliflər gəlir. Anidən İtaliyadan da ola bilər. "Fiorentina"nın əfsanəsindən bəhs edirik. Hər an təkliflərdən birini qəbul edib, işə başlaya bilər".

Terim 2000-ci ildə "Qalatasaray"la UEFA Kubokunu qazanıb. O, 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2022-ci illərdə "cim-bom"u çalışdırıb.

Mütəxəssis 1993-1996, 2005-2006, 2006-2009 və 2013-2017-ci illərdə Türkiyə yığmasına başçılıq edib.

Əlaqəli Xəbərlər