http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Aqrar Sığorta Fondu 458 milyon manatlıq sığorta təminatı verib

26 İyul 2023 , 15:47
Aqrar Sığorta Fondu 458 milyon manatlıq sığorta təminatı verib

Bu ilin I yarısında Aqrar Sığorta Fondu 326 min hektar əkin sahəsinin və 4 506 ədəd kənd təsərrüfatı heyvanının sığortalanmasına dair müqavilələr bağlayıb.

"Operativ Media" Fonda istinadən xəbər verir ki, bu müqavilələr üzrə müvafiq olaraq 437 milyon manatlıq və 20,6 milyon manatlır, ümumilikdə isə 457,6 milyon manatlıq sığorta təminatı verilib.

Ən çox sığortalanan əkinlər buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. Hesabat dövründə əkin sahələrinin sığortası üzrə 11 milyon manat sığorta haqqı yığılıb.

Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50 %-i dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq əkin sahələri üzrə sığorta haqlarının yarısını - 5,5 milyon manatını fermerlər, qalanını isə fermerlərə dəstək üçün dövlət ödəyib.

Sığortalanan heyvanlara gəlincə isə, onlardan 4 010-u iri buynuzlu (inək və camışlar), 496-sı isə xırda buynuzlu (qoyunlar) heyvanlardır. Heyvandarlıq sığortası üzrə 2,154 milyon manat sığorta haqqı toplanılıb. Bu vəsaitin də yarısını, yəni 1,077 milyon manatını fermerlər, qalanını isə fermerlərə dəstək məqsədilə dövlət ödəyib.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu