"Fənərbağça" "Zimbru" ilə oyuna 5 ulduzlu forma ilə çıxmayacaq

Əziz Əzizli
"Fənərbağça" "Zimbru" ilə oyuna 5 ulduzlu forma ilə çıxmayacaq

"Fənərbağça" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın "Zimbru" klubu ilə qarşılaşacaq.

"Operativ Media" xəbər verir ki, "Zimbru" klubu matçla bağlı sosial mediada hər iki klubun oyuna çıxacağı formanı paylaşıb.

"Oyun formaları bu şəkildə olacaq. Forma sinə sponsorumuza icazə verilmədi.Türkiyədə qanunlar idmanda spirtli içkilərin reklamını qadağan edir. Biz də buna əməl etdik, ümid edirik ki, bu formalar bizə bəxt gətirəcək”.

Klubun paylaşdığı fotodan görünür ki, "Fənərbağça" klubu meydana 5 ulduzlu forma ilə çıxmayacaq.

Qeyd edək ki, matç bu gün saat 22:00-da start götürəcək.

Digər xəbərlər