2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" FK bu gün qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, "Sumqayıt" 1-ci Liqa təmsilçisi "Ərzurumspor" ilə qarşılaşıb.
"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda keçirilən qarşılaşma rəqib komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK-nın hər üç qolunun müəllifi yeni transfer Erik Sorqa olub.






