27 İyul 2023, 07:47
Qurban Qurbanov: "Şahruddin barədə sual verməyə tələsirsiniz"
Qurban Qurbanov: "Şahruddin barədə sual verməyə tələsirsiniz" şəkil
Qurban Qurbanov: "Şahruddin barədə sual verməyə tələsirsiniz"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv"a qarşı keçirdiyi oyundan əvvəl mətbuat konfransı keçirilib.

"Operativ Media" xəbər verir ki, mütəxəssis əvvəlcə 3:2 hesabıyla başa çatan görüşlə bağlı fikirlərini bildirib:

- Yaxşı oyun oldu. Futbolçularımdan çox razı qaldım. Həqiqətən, əsl Çempionlar Liqası oyunu idi. Meydanda iki çox yaxşı komanda var idi. İlk hissədə daha çox qapalı oyun gedirdi. Fasilədən sonra qarşılıqlı hücumçular oldu. Böyümək üçün faydalı görüş idi.

- Şahruddin əvvəl qrup mərhələsində səhv edirdi, indi təsnifatda...

- Futbolda hamı bir-birinə hörmətlə yanaşmalıdır.Bəzən aqressiyanı saxlaya biilmirsən. Səhvlər mənə də xoş deyil. Belə reaksiya vermək düz deyil. İdman oyunudur, başa düşmək lazımdır. Şahruddin haqda sual verməyə tələsirsiniz. Futbolda belə hallar olur. Epizoda kənardan müdaxilə etsən də, irəli bəzi şeylər fərqlidir.

- Məğlubiyyət fərdi səhvlər ilə bağlı idi?

- Fərdi səhvlər yox, diqqətsizlik... Rəqibin hücumlarının qarşısını ala bilirdik. İlk qol fərdi səhvdən buraxıldı. Desəm ki, rəqib də biiz üstələdi, düz olmaz. Qol epizodlarımız var idi. İkinci hissədə 5-10 dəqiqə üstünlük rəqibə keçdi. Rəqibin yaxşı oynayıb bizi üstələdiyini deyə bilmərəm. Bəlkə də, bərabərlik ədalətli nəticə oldu. Buraxılan ikinci qol bizi daha məsuliyyətli edəcək.

- "Rakuv"un futbolçuları sizin oyunçulardan nə ilə fərqlənir?

- Belə hesabat verməyə ehtiyac yoxdur. Bu, futboldur. Bu gün futbol elə səviyyəyə gəlib ki, nəinki Polşa, Azərbaycan, bizim zəif düşündüyümüz ölkələrin komandaları da istənilən rəqibə qarşı düzgün oyun qura, mübarizə apara, hətta qalib gələ bilir. Bakıda olanda da bildirmişdim ki, "Rakuv"a simpatiyam çoxdur. Onların oyun üslubunu çox bəyənirəm. Neçə illərdir bu üslubda davam edirlər. Bu komandaya ancaq uğurlar arzulayıram

Son xəbərlər
Tramp: "Çinlə potensial müharibəyə girmək istəmirik"
FİFA Meksika klubunu turnirdən kənarlaşdırdı
Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi
Türkiyə səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib