27 İyul 2023, 09:10
"İmarət Tayfa" azarkeş qrupu Şahruddindən narazıdır

Dünən "Rakuv"la oyunda kobud səhvləri ilə yadda qalan qapıçı Şahruddin Məhəmmədəliyevə tənqidlər gəlməkdə davam edir.
"Operativ Media" xəbər verir ki, "Qarabağ"ın azarkeş qrupu "İmarət Tayfa" da sosial mediada Şahruddini tənqid edənlərdən biri olub. Əvvəlki illərdə Məhəmmədəliyevə hər zaman dəstək olan azarkeş qrupu bu dəfə məğlubiyyətdə günahkar Şahruddini görüblər. "İmarət Tayfa" feysbuk səhifələrində Şahruddinin şəklini paylaşaraq 3 cümlə yazıblar.
"Bizi xilas et ! Bu dəfə qollardan yox. Buna gücün çatmadı."
Qeyd edək ki, "Qarabağ " Rakuv"la avqustun 2-i Bakıda qarşılaşacaq.