"Karvan" braziliyalı hücumçu ilə anlaşdı

Əziz Əzizli
"Karvan" braziliyalı hücumçu ilə anlaşdı

2023/2024 mövsümündə 1-ci Divizionda mübarizə aparacaq Yevlaxın "Karvan" klubu heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

"Operativ Media" xəbər verir ki, "Karvan" Litvanın "Minija Kretinqa" klubunda çıxış edən Saimon Santosla razılıq əldə edib.

21 yaşlı hücumçu otən mövsüm 14 oyuna 4 qol vurub, 4 assist etməyi bacarıb.

Qeyd edək ki, hücumçu artıq Azərbaycana gəlib.

Digər xəbərlər