27 İyul 2023, 10:26
"Sabah" Azərbaycanın xal ehtiyatını artırdı

Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində RFŞ-ni (Latviya) məğlub etməsi (2:0) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
"Operativ Media" xəbər verir ki, "futuristlər"in qələbəsi ölkənin aktivinə 0,250 xal yazdırıb. Bununla da Azərbaycanın son 5 mövsümdəki xalları 15 minə çatıb.
Azərbaycan UEFA reytinqində 29-cu sırada qərarlaşıb. 28-ci pillədə 16 min xalla Slovakiya yer alıb. Moldova isə 12,125 xalla 30-cu sıradadır