Luiz Suarez Lionel Messi ilə birgə oynamaq istəyir

Əziz Əzizli
Luiz Suarez Lionel Messi ilə birgə oynamaq istəyir

Luis Suarez üç keçmiş komanda yoldaşının, Lionel Messi, Serxio Buskets və Jordi Albanın yanına getmək istəyir.

"Operativ Media" xəbər verir ki, uruqvaylı hücumçu bu məqsədlə ABŞ-nin “İnter Mayami” klubuna keçmək üçün Braziliyanın “Qremio” ilə müqaviləsinin qalan hissəsini müstəqil şəkildə ödəməyə hazırdır. Bu barədə “Football Espana” məlumat yayıb.

Bildirilib ki, Amerika klubu “Barselona”nın keçmiş oyunçularını yenidən bir araya gətirmək üçün layihə üzərində fəal işləyir və Suarez onların növbəti hədəfidir. Suarezin özü “İnter Mayami”yə keçmək istəyir, lakin Amerika klubu hələ transfer məsələsində “Qremio” ilə razılaşa bilmir.

Xatırladaq ki, 36 yaşlı Luis Suarezin “Qremio” ilə 2024-cü ilədək müqaviləsi var. Hücumçu ötən mövsüm klubda 25 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər xəbərlər