Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 843,9 milyon ABŞ dolları məbləğində satış olub.
"Operativ Media" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 272,8 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 28,5 % çoxdur.






