Azərbaycan Türkiyə ilə qarşılıqlı sərmayə qoyuluşunu müzakirə edib

Gozel Həşimova
Azərbaycan Türkiyə ilə qarşılıqlı sərmayə qoyuluşunu müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşanla görüşərək onunla qarşılıqlı sərmayə qoyuluşunun təşviqini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bunu nazir tviter hesabında bildirib.

"Görüşdə Azərbaycan-Türkiyə birliyinin iqtisadi münasibətlərin gücləndirilməsi üçün əhəmiyyəti, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.

Xatırladaq ki, M.Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

Digər xəbərlər