http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın ixracı 18 milyard dollara çatıb

27 İyul 2023 , 14:10
Azərbaycanın ixracı 18 milyard dollara çatıb

Bu ilin birinci yarısında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub. Eyni zamanda spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb.

Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu dövrdə Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları,  İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu