Menyu

Qapıçı ilə toqquşan hücumçunun ağciyəri deşildi

Əziz Əzizli
Qapıçı ilə toqquşan hücumçunun ağciyəri deşildi
1 dəq oxu

“Reksem”in hücumçusu Pol Mallin “Mançester Yunayted”lə oyunda zədə alıb.

"Operativ Media" xəbər verir ki, "Qırmızı şeytanlar"ın qapıçısı Neytan Bişopla toqquşan hücumçunun ağciyəri deşilib. Matçın 19-cu dəqiqəsində əvəzlənən Mallin dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə olmadığı bildirilir.

“Reksem”in baş məşqçisi oyundan sonra təəssüfləndiyini bildirib. Mallin yeni mövsümün əvvəlini buraxmaq məcburiyyətində qalacaq.

Əlaqəli Xəbərlər