"Bavariya" ispan qapıçını istəyir

Əziz Əzizli
"Bavariya" ispan qapıçını istəyir

"Bavariya" yeni mövsüm üçün heyətini gücləndirmək niyyətindədir və Tomas Tuçelin tələbi ilə klubsuz olan ispan qapıçı David de Xea ilə müqavilə imzalamağı planlaşdırır.

"Operativ Media" Alman mətbuatı "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" "Mançester Yunayted"lə müqaviləsi başa çatan təcrübəli qapıçı David de Xeanı heyətinə qatmaq istəyir.

 "Mançester Yunayted"in 12 mövsüm qapısını qoruyan 32 yaşlı təcrübəli qolkiper klubu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyəndən sonra klubdan ayrılıb. Bildirilib ki, “Bavariya” rəsmiləri Xeanın vəziyyəti və transfer şərtləri barədə futbolçunun menecerini məlumatlandırıb.

 "Bavariya"nın baş məşqçisi Tomas Tuçel zədəsi səbəbindən mövsümün startını buraxacaq Manuel Noyerə alternativ qapıçı axtarır və onun yerini uyğun oyunçu ilə doldurmaq istəyir. Belə ki, Tuçelin David de Xeanın transferini istədiyi bildirilir

Digər xəbərlər