Menyu

Mariya Stadnik qızıl medal qazandı

Əziz Əzizli
Mariya Stadnik qızıl medal qazandı

Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

"Operativ Media" xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.

Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa “tuş”la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbəylə “Poland Open” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.

Teqlər:

"Mariya Stadnik qızıl medal qazandı"

Əlaqəli Xəbərlər