http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan klubları Avropa turnirlərində - ARAŞDIRMA

28 İyul 2023 , 11:39
Azərbaycan klubları Avropa turnirlərində - ARAŞDIRMA

Azərbaycan klubları Avropa turnirlərinə mübarizəyə başlayıblar.  Çempionlar Liqası və Konfrans Liqasında mübarizə aparan klublarımızdan cəmi 1-i qələbə qazana bilib.

"Operativ Media" xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış edən "Qarabağ" klubu Polşanın son çempionu "Rakuv"un qonağı olub. 3-2 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi meydana 4 azərbaycanlı və 7 legioner futbolçu ilə çıxıb. 

Bu matçda "Qarabağ"ın 3 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Ağdam təmsilçisinin hər iki qolunu albaniyalı Redon Cica vurub. Cavab qarşılaşması avqustun 2-i BOS-da keçiriləcək.

Konfrans Liqasında mübarizə aparan "Sabah" klubu səfərdə Latviyanın RFS klubunun qonağı olub. "Sabah" klubu meydana 6 azərbaycanlı və 5 legioner futbolçu ilə çıxıb. Matç Azərbaycan təmsilçisinin 0-2 hesablı qələbəsi ilə başa çatıb. Qolları David Volkov və Bojan Letic vurub. Bu matçda "Sabah" klubunun 3 futbolçusu hakim tərəfindən sarı vərəqə ilə cəzalanıb. Cavab qarşılaşması avqustun 3-ü "Bank Respublika Arena"da baş tutacaq.

Bu tur Azərbaycanda oynayan yeganə təmsilçimiz "Qəbələ" klubu olub. Qəbələ şəhər stadionunda Kiprin "Omoniya " klubunu qəbul edən "Qəbələ" klubu 2-3 hesabı ilə məğlub olub. Təmsilçimiz meydana 5 azərbaycanlı və 6 legioner futbolçu ilə çıxıb. Azərbaycan təmsilçisinin hər iki qolunu Eyyub Allaş vurub. Oyunun hakimi "Qəbələ" futbolçularından ikisini sarı vərəqə ilə cəzalandırıb. Kiprdə keçiriləcək matç avqustun 3-ü keçiriləcək.

Bu həftənin son matçında "Neftçi" səfərdə Bosniyanın "Jelezniçar" klubunun qonağı olub. Hərəyə 2 qol vuran komandalar sülhə razılaşıblar. Bu matça Bakı klubu 5 yerli və 6 legioner futbolçu ilə çıxıb. "Neftçi"nin qollarını Rəhman Hacıyev və Aleksandr Kosoric (öz qapısına) vurub. Bu matçda "ağ-qaralar"ın cəmi bir futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu komandalar arasındakı ikinci matc avqustun 3-ü "Bakcell Arena"da baş tutacaq.

Ümumilikdə klublarımız rəqib qapılarına 8 qol vurub və öz qapılarında 8 qol görüb. Bu qollardan cəmi 1-ni azərbaycanlı futbolçu (Rəhman Hacıyev) vurub.

OXŞAR XƏBƏRLƏR
ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi

ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

I Liqa: "Qəbələ" 5 qolla qazandı

I Liqa: "Qəbələ" 5 qolla qazandı

XƏBƏR LENTİ
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Menyu