Menyu

Belçika şirkəti TAP-da payını artırır

Belçika şirkəti TAP-da payını artırır

Belçikanın "Fluxys" şirkəti Trans-Adriatik boru kəməri (TAP) konsorsiumunda payının artırılması üzrə saziş bağlayıb.

"Operativ Media" xəbər verir ki,  "Fluxys" 2023-cü il iyulun 25-də "Axpo"nun səhmlərinin 1 faizinin satın alınması üzrə saziş bağlayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında "Axpo" Trans-Adriatik boru kəmərindəki 5 faiz payını səhmdarlar "Fluxys" və "Enagas S.A"a satmağa qərar verib. Alqı-satqı müqaviləsinə əsasən Belçikanın "Fluxys" şirkəti "Axpo"nun səhmlərinin 1%-ni, İspaniyanın "Enagás" şirkəti isə 4%-ni əldə edib. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkətlərinin daxil olduğu TAP konsorsiumunda 20% səhmə sahib olublar.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər