"Zirə" son yoxlama oyununa çıxacaq

Əziz Əzizli
"Zirə" son yoxlama oyununa çıxacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün son yoxlama matçını keçirəcək.

"Operativ Media" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Türkiyənin "Kocaelispor" komandası ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

"Zirə" bundan əvvəl Boluda "Fatih Karagümrük" (0:0) və "Simba" (Tanzaniya) heç-heçə edib (1:1.

Digər xəbərlər