"Neftçi"nin baş məşqçisi Adrian Mutu qarşısına qoyulan hədəfləri açıqlayıb.
"Operativ Media" xəbər verir ki, rumıniyalı mütəxəssis Rusiyanın "Sport-Ekspress" nəşrinə müsahibəsində bunları deyib:
"Nə vaxtsa "Fiorentina"ya başçılıq etmək istərdim. Bu klubu çox sevirəm. Hazırda isə bütün fikrimi "Neftçi"dəki işimə yönəltmişəm. Burada bütün gücümü ortaya qoymalı və qarşıma qoyulan hədəflərə çatmalıyam. Söhbət çempionatın və ölkə kubokunun qalibi olmaqdan gedir".
Qeyd edək ki, Mutu "Neftçi" ilə 2 illik müqavilə imzalayıb






