Mahrez Səudiyyə Ərəbistanı klubuna keçdi

Əziz Əzizli
Mahrez Səudiyyə Ərəbistanı klubuna keçdi

Əlcəzair millisinin futbolçusu Riyad Mahrez “Mançester Siti”dən ayrılıb.

"Operativ Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına keçib.

Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon avroya başa gəlib.

Mahrez “Mançester Siti”yə 2018-ci ildə “Lester Siti”dən keçmişdi. O, bu komandada 236 oyuna 78 qol vurub.

Digər xəbərlər