http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarında payı 14% böyüyüb

28 İyul 2023 , 17:48
Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarında payı 14% böyüyüb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) cari ilin 6 ayının yekunlarına dair statistik məlumatlarına əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında bir sıra göstəricilər üzrə davamlı artım müşahidə olunmaqdadır.

"Operativ Media" AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıların sayının, eləcə də Azərbaycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir.

Bazarın genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 2022-ci ilin yanvar-iyun aylarında 135,070 ədəd olduğu halda, bu göstərici 2023-cü ilin müvafiq dövründə 153,872 təşkil edib ki, bu da 13.9%-lik böyümə deməkdir.

Cari ilin 6 ayı ərzində Azərbaycanın beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11960 olub. Qeyd edək ki, 2021-ci ildə bu say təxminən 2400 təşkil edirdi.

Hesabat dövründə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8% artıb.

3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. Cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən 3-cü ölkə daşımaları 2 dəfə artıb. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında 25,318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12,592 ədəd artıq olub.

Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52498 ədəd və ya 85.81% artaraq 113.675 ədədə çatıb.

Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu