İyulun 28-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Operativ Media" xəbər verir ki, İclasda 2023-cü ilin birinci yarımilliyi ərzində sənaye zonaları və aqroparklarda görülmüş işlər müzakirə edilib, əldə olunmuş nəticələr və hazırda Agentlikdə baxılmaqda olan layihələr barədə məlumat verilib.
Tədbirdə həmçinin, Agentliyin fəaliyyətinin təşkili, cari ilin ikinci yarımilliyi üçün qarşıya qoyulmuş məqsədlər barədə fikir mübadiləsi aparılıb.






