28 İyul 2023, 20:58
Bu il Azərbaycanın qeyri-neft məhsullarını ən çox ixrac etdiyi ölkələr açıqlanıb
Bu il Azərbaycanın qeyri-neft məhsullarını ən çox ixrac etdiyi ölkələr açıqlanıb şəkil
Bu il Azərbaycanın qeyri-neft məhsullarını ən çox ixrac etdiyi ölkələr açıqlanıb

Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

“Operativ Media” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında bildirilir.

Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (19,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

İyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb