http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29 İyul 2023 , 10:27
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

Azərbaycanın qabaqcıl internet provayderi CityNet fərdi və korporativ müştərilərinin internet bağlantısını daha sürətli və keyfiyyətli etdi.

Şirkət Azərbaycanda ilk olaraq XGPON texnologiyasını tətbiq etmək üçün lazımi infrastruktur yaradıb. XGPON sayəsində CityNet müştəriləri saniyədə 10 Gbit/s qədər sürətli internetdən faydalanacaqlar.

XGPON ilə müştərilər fasiləsiz və keyfiyyətli internet ilə video zənglərdən, onlayn film izləməkdən, oyunlardan və digər imkanlardan zövq ala biləcəklər.

Bu texnologiya sayəsində istifadəçilərə yüksək sürət və etibarlı xidmət təqdim edən CityNet biznesin inkişafına və müştəri təcrübəsinin təkmilləşdirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Xatırladaq ki, CityNet provayderi ölkəmizdə ilk dəfə bu texnologiyanı istifadəyə verən şirkətdir.

CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Menyu