Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

admin
Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır

"Operativ Media" nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin subyektləri istisna olmaqla, Komissiya tərəfindən radiotezlik ayrılmadan radioelektron vasitələrinin (REV) istehsalı, xaricdən alınması və respublikanın ərazisində istismarı yolverilməz olub.

Digər xəbərlər