http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyə və BƏƏ enerji sahəsində əməkdaşlığı gücləndirir

29 İyul 2023 , 13:37
Türkiyə və BƏƏ enerji sahəsində əməkdaşlığı gücləndirir

Türkiyə və BƏƏ enerji sahəsində əməkdaşlığı gücləndirir.

"Operativ Media" nın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb. Müqavilələrin 28-29 milyard dolları enerji sahəsinə aid olub. Bu çərçivədə neft, təbii qaz, nüvə enerjisi, bərpa olunan enerji, bioyanacaq kimi mövzularda əməkdaşlıq imkanları araşdırılıb.

Bu çərçivədə qarşıdakı dövrdə Türkiyədə dənizdə külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına və hidrogen istehsalına investisiyalar həyata keçiriləcək. Türkiyənin yeniləşdirmək və potensialını genişləndirmək istədiyi istilik elektrik stansiyaları da müqavilələrdəki maddələr arasındadır.

Razılaşmalar çərçivəsində BƏƏ ya Türkiyədəki sərmayələrlə ortaq olacaq, ya da layihəni birbaşa maliyyələşdirəcək və ya texniki infrastrukturu ilə əvvəldən axıra qədər layihəni özü üzərinə götürəcək. Eyni zamanda da Türkiyə bütün razılaşmalar çərçivəsində həyata keçiriləcək layihələrə, fərqli dərəcələrlə “yerlilik” şərti qoyub.

40 gigavatdan çox dəniz külək enerjisi potensialına sahib olduğu bilinən Türkiyənin günəş enerjisi tutumunun 2035-ci ilə qədər təxminən 52,9 gigavata çatacağı və günəş enerjisinin ən yüksək quraşdırılmış gücə malik mənbəyi olacağı gözlənilir.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin 2023-cü ilin yanvar ayında dərc etdiyi Milli Hidrogen Strategiyasına əsasən, Türkiyə 2030-cu ilə qədər 2 GW, 2035-ci ilə qədər 5 GW və 2053-cü ilə qədər 70 GW hidrogen istehsal gücü qurmağı hədəfləyir.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu