KOBİA Hindistanın “Utkal” Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Gozel Həşimova
KOBİA Hindistanın “Utkal” Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Hindistanın “Utkal” Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq imkanları müzakirə edilib.

"Operativ Media" KOBİA-ya istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan “Utkal” Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Hindistanın işgüzar dairələri arasında əlaqələrə, KOB subyektləri arasında birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər