http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Fərid Qayıbov: "Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var"

29 İyul 2023 , 17:01
Fərid Qayıbov: "Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var"

"İnanıram ki, yarış yüksək səviyyədə təşkil olunacaq. Çünki təşkilat komitəsinin Dünya Kubokuna necə hazırlaşdığını bilirəm".

"Operativ Media"nın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

Nazir ölkədə şahmatın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var. Şahmatçılarımız bütün dünyada tanınır. Bu cür yarışlar şahmatın təbliğatı üçün mühim rol oynayır.

O, Dünya Kuboku üçün Azərbaycana səfər edən FIDE prezidenti Arkadi Dvorkoviçi salamlayıb: "Onunla yaxşı münasibətlərimiz var. Şahmatı bütün dünyada yüksək səviyyədə təbliğ etdiyi üçün cənab Dvorkoviçə minnətdarlığımı bildirirəm. Azərbaycana inandıqları üçün ona təşəkkür edirəm. Həmçinin, bütün idmançılara bu yarışlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

XƏBƏR LENTİ
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Menyu