Taylandda pirotexnika anbarında partlayış baş verib, 9 nəfər ölüb
Əziz Əzizli
Tailandın Malayziya ilə sərhədində yerləşən Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında baş vermiş güclü partlayış nəticəsində 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.
Bu barədə "Operativ Media" "Thai PBS" telekanalına istinadən xəbər verir.
Partlayış nəticəsində yerli ticarət mərkəzinə, bazara və 500 m radiusda 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb.
Hadisənin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Dağıntılar altında qalanların axtarışları aparılır.
Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün qərargahlar yaradıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net