"Vaqner" əsgərləri Polşa sərhədinə yaxınlaşıb
"Rusiyanın Belarusdakı özəl mühafizə şirkəti “Vaqner” qrupuna məxsus muzdlu əsgərlər Polşa sərhədinə yaxınlaşır".
"Operativ Media" xəbər verir ki, bunu Polşanın baş naziri Mateusz Morawiecki deyib.
Baş nazir Morawiecki bəyan edib ki, "Vaqner"ə məxsus 100-dən çox muzdlu Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad bölgəsinə doğru irəliləyir.
“İndi vəziyyət daha da təhlükəlidir. Bu, şübhəsiz ki, Polşa torpağına hibrid hücumlara doğru bir addımdır", - Morawiecki qeyd edib.
Polşanın daxili işlər naziri Mariuş Kaminski isə bəyan edib ki, "Vaqner"lə bağlı ciddi hadisələr baş verərsə, Polşa, Litva və Latviya Belarusla sərhədlərini bağlaya bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net