Menyu

Ukraynanın PUA-lar ilə Moskvaya hücumu zamanı bəzi binalar zərər görüb (FOTO)

Ukraynanın PUA-lar ilə Moskvaya hücumu zamanı bəzi binalar zərər görüb (FOTO)
1 dəq oxu

Ukraynanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada deyilir: “Bu gün səhər saatlarında Kiyev rejiminin PUA-larla Moskva vilayətindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”.

Açıqlamaya görə, hücumlar nəticəsində insan itkisi baş verməyib.

Moskva meri Sergey Sobyanin isə sosial media hesabından verdiyi açıqlamada Ukraynanın PUA-larla hücum cəhdinin qarşısının alındığını, lakin düşən pilotsuz vasitələrin Moskvada bəzi qüllələrə dəyərək zərər verdiyini, ölən və yaralananların olmadığını bildirib.

Əlaqəli Xəbərlər