Türkiyədə ağır yol qəzası baş verib, 7 nəfər həlak olub (VİDEO)
Türkiyədə sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonundan keçən hissəsində yüksəklikdən dərəyə yuvarlanıb.
"Operativ Media" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, qəza nəticəsində təxminən 50 metr hündürlükdən yuvarlanan avtobusda olan 7 nəfər ölüb, 22 nəfər yaralanıb.
Qəza yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib.
Yaralılar ilişib qaldıqları yerdən çıxarılaraq təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
Vəziyyəti ağır olan bir yaralı isə magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.
• Otobüs yaklaşık 50 metre yükseklikten düştü • Kaza yerine, sağlık, arama kurtarma ve jandarma ekipleri sevk edildi