Belarusa gedən "Vaqner" əsgərləri mühacir qiyafəsində Polşa sərhədini keçməyə cəhd edə bilərlər.
"Operativ Media" xəbər verir ki, bunu Polşanın baş naziri Mateusz Morawiecki deyib.
“Vaqner”ə aid 100-dən çox muzdlu hərbçi Belarusun Qrodno şəhəri yaxınlığındakı Suvalki qəsəbəsinə doğru hərəkət edir. Bizim bu istiqamətdə məlumatımız var. Bu, Polşa torpağına yeni hibrid hücuma doğru bir addımdır. Çox güman ki, onlar Belarus sərhədçisi qiyafəsinə bürünəcək, beləcə qeyri-qanuni mühacirlərin Polşa ərazisinə daxil olmasına kömək edəcək, Polşada sabitliyi pozacaqlar. Yəqin ki, onlar özləri də qeyri-qanuni mühacirlər qiyafəsində Polşaya daxil olmağa çalışacaqlar ki, bu da əlavə risklər yaradacaq”, - baş nazir deyib.
"Təkcə bu il Putin və Lukaşenkonun Polşaya sıxışdırmaq istədiyi miqrantlar tərəfindən 16 min qeyri-qanuni sərhədi keçmə cəhdi olub", Polşa lideri əlavə edib.