Menyu

Sudanda hərbi insident nəticəsində 5 mülki vətəndaş həlak olub

Sudanda hərbi insident nəticəsində 5 mülki vətəndaş həlak olub

Sudanın paytaxtı Xartumun cənubunda Çevik Dəstək Qüvvələrinin həyata keçirdiyi artilleriya hücumunda 4-ü uşaq olmaqla 5 sivil həlak olub.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sudan ordusu məlumat yayıb. 

Ordudan verilən açıqlamaya görə, Çevik Dəstək Qüvvələrinin üzvləri dünən paytaxtın cənubundakı Rumeyle rayonuna artilleriya hücumu həyata keçirib.

Açıqlamada hücumda eyni ailədən 4-ü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə ağır yaralandığı bildirilib.

Teqlər:

"Sudanda hərbi insident nəticəsində 5 mülki vətəndaş həlak olub"

Əlaqəli Xəbərlər