Menyu

Ermənistanda avtomobil qəzasında 6 nəfər xəsarət alıb

Ermənistanda avtomobil qəzasında 6 nəfər xəsarət alıb

Ermənistanın Lancik-İrəvan avtomobil yolunun Şirak rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

"Operativ Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, qəzada biri hamilə qadın olmaqla 6 nəfər xəsarət alıb. 

Məlumata görə, “Mercedes-Benz” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq kanala yuvarlanıb. Nəticədə iki uşaq və bir hamilə qadın olmaqla 6 nəfər Gümrü Tibb Mərkəzinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücü və sərnişinlərin şəxsiyyətini müəyyənləşdirirlər.

Teqlər:

"Ermənistanda avtomobil qəzasında 6 nəfər xəsarət alıb"

Əlaqəli Xəbərlər