Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu həbs edilib
İrəvan məhkəməsi diplomat, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanı həbs edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluqğu məlumat yayıb.
Məlumata görə, birinci instansiya məhkəməsi bazar günü keçirdiyi prosesdə diplomat barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Bir neçə saat əvvəl diplomatın oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da həbs edilib.
Ata və oğul bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb, nəticədə dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan dəydiyi bildirilib.
Teqlər:
"Ermənistanın İsraildəki keçmiş səfiri və oğlu həbs edilib"