Rusiya Sumıda təhsil müəssisəsini vurub, 2 nəfər ölüb
Rusiya Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərində təhsil müəssisəsini vurub.
"Operativ Media" xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hücum dünən axşam saatlarında baş verib.
Ukraynanın Fövqəladə Hallar Xidməti hücumda təhsil müəssisəsinin binasına ziyan dəydiyini açıqlayıb.
Sumı Şəhər Şurasının rəsmi "Telegram" hesabında yer alan paylaşımda qeyd edilib: “Düşmənin raket hücumu nəticəsində peşə təhsili müəssisəsinin binaları dağıdılıb və zədələnib. Yataqxanalara və hündür binalara da ziyan dəyib. Hücum nəticəsində 2 nəfər həyatını itirib, 20 nəfər yaralanıb”.
Xilasetmə və digər aidiyyəti qurumlar ərazidə işlərini davam etdirir.
Teqlər:
"Rusiya Sumıda təhsil müəssisəsini vurub 2 nəfər ölüb"