Nigeryaya prezidentin hakimiyyətə qayıtması üçün 1 həftə vaxt verilib
Gozel Həşimova
Qərbi Afrika İqtisadi Birliyi Nigerya ordusuna prezident Məhəmməd Bazumu hakimiyyətə qaytarmaq üçün bir həftə vaxt verib.
Bu barədə "Operativ Media" "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, bundan sonra Birliyə daxil olan ölkələr Nigeryadə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələnlərə qarşı istənilən hərbi tədbirləri tətbiq edə bilərlər.
Əlavə edək ki, iyulun 27-də Nigeryada hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Gözəl Həşimova
Teqlər:
"Nigeryaya prezidentin hakimiyyətə qayıtması üçün 1 həftə vaxt verilib"