ABŞ-ın sanksiyalarına baxmayaraq, İranın Çinə neft tədarükü artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Kpler" analitik şirkəti məlumat yayıb.
Məlumata görə, 2017 və 2018-ci illərdə İranın Çinə neft ixracı orta hesabla gündəlik müvafiq olaraq 692 min barel və 746 min barel təşkil edib. ABŞ-ın sanksiyalarından sonra ölkənin Çinə neft tədarükü 2019-cu ildə orta hesabla sutkada 466 min barelə, 2020-ci ildə isə 324 min barelə qədər azalıb.
Bununla belə, növbəti iki il ərzində İranın Çinə neft ixracı yenidən artıb. Belə ki, İran Çinə 2021-ci ildə orta hesabla 585 min barel, 2022-ci ildə 766 min barel neft satıb. Ölkənin bu ilin yanvar-mart aylarında isə Çinə neft tədarükü gündəlik 957 min barel təşkil edib.