Azərbaycan Mərkəzi Bankında sığorta şirkətləri ilə görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" səhifəsində bildirib.
"Görüşdə sığorta sektorunun inkişaf məsələləri, qarşıda duran başlıca strateji prioritetlər və yeniliklər, xüsusilə də sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti və onun gücləndirilməsi istiqamətləri barədə geniş müzakirələr aparıldı"- deyə AMB sədri əlavə edib.






