http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın sərmayə qoyulacaq

31 İyul 2023 , 11:56
Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın sərmayə qoyulacaq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

"Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Burada investisiya kapitalı 66 milyondan çox olan 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Parka 36 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib", - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
Menyu