31 İyul 2023, 12:22
Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsi 4 dəfəyədək artıb
Azərbaycanla Türkmənistan arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 485.4 milyon dollara çatıb.
"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə və ya 359,5 milyon dollar çoxdur.
Bu dövrdə Azərbaycanın Türkmənistana ixracı 46.4 milyon dollar dəyərində olub. Hesabat dövründə Azərbaycan bu ölkədən 439 milyon dollarlıq məhsul idxal edib.
Gözəl Həşimova