http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Yelo Bank regionlarda sahibkarlığa dəstək olur

31 İyul 2023 , 13:06
Yelo Bank regionlarda sahibkarlığa dəstək olur

Korporativ Sosial Məsuliyyətinə strategiyasına sadiq qalan Yelo Bank həssas əhali qrupuna dəstəyini davam etdirir.

"Operativ Media" xəbər verir ki, Bank ötən həftə Özünüməşğulluq layihəsi çərçivəsində müxtəlif regionlarda aztəminatlı ailələrin şəxsi biznes arzularını gerçəkləşdirdi.

Belə ki, Bank dərziliyə həvəsli, lakin maddi cəhətdən imkanları məhdud olan Ağdam sakini Həsənov Ələddinə kiçik dərzi sexi üçün lazım olan bütün avadanlıqları təqdim etdi. Yelo Bankın dəstək olduğunu növbəti vətəndaş isə Ağcabədidə yaşayan Səməd Orucovdur. O da həmişə avtotəmizləmə xidməti ilə məşğul olmaq istəyib. Bankın dəstəyi ilə o artıq bu xidmət üzrə şəxsi biznesini quracaq. Salyanda yaşayan Dilarə Abdullayeva Bankın dəstək olduğu növbəti sahibkarlardan biridir. Bank, un məmulatları istehsalatı üçün lazım olan bütün avadanlıqları təqdim etməklə Dilarə xanıma da öz şəxsi biznesini qurmağa şərait yaratdı. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir.

Qeyd edək ki, Yelo Bank cari layihədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memoranduma əsasən iştirak edir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Yelo Bank cari ilin sonunadək daha bir neçə vətəndaşa dəstək olacaq.

Avtomobil krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu