Azərbaycan və Qırğızıstan fond birjaları arasında Anlaşma Memorandumu imzalanıb

Gozel Həşimova
Azərbaycan və Qırğızıstan fond birjaları arasında Anlaşma Memorandumu imzalanıb

Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Azərbaycan-Qırğızıstan Biznes Forumu çərçivəsində “Bakı Fond Birjası” QSC və “Qırğız Fond Birjası” QSC arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" “Bakı Fond Birjası”na istinadən verdiyi məlumata görə, memorandum “Bakı Fond Birjası” QSC tərəfindən İdarə Heyəti Sədrinin vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev və “Qırğız Fond Birjası” QSC-nin prezidenti Medetbek Nazaraliev tərəfindən imzalanmışdır.

Bildirilib ki, bu memorandum hər iki ölkənin birjalarına kapital bazarında əməkdaşlığı genişləndirməyə, birja ticarətinin təşkili üzrə təcrübə mübadiləsinə, birja ticarəti mexanizmlərindən istifadə etməklə fond bazarı sahəsində ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Həmçinin, memorandim elektron ticarət sistemlərinin qarşılıqlı inteqrasiyasının təşkili və birja ticarəti iştirakçılarının akkreditasiyasına, birja ticarəti alətlərinin genişləndirilməsi üzrə birgə konfransların, seminarların və digər tədbirlərin keçirilməsinə və mütəşəkkil kapital bazarının iştirakçılarına iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan yaradacaq.

Digər xəbərlər