Dokusuri qasırğasında ölənlərin sayı 25-ə çatıb, Çində də fəsadlara başlayıb
Filippində Doksuri qasırğasının yaratdığı fəlakət və qəzalarda həyatını itirənlərin sayı 25-ə yüksəlib.
"Operativ Media" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə səlahiyyətlilər məlumat yayıb.
Məlumata əsasən torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, 20 nəfər itkin düşüb.
Ölkədə təxminən 2,4 milyon insana təsir edən qasırğa səbəbindən 50 mindən çox insan təhlükəsiz yerlərə təxliyə edilib.
Tayvanın şərq sahillərində fəsadlara səbəb olan qasırğa Çinə çatıb. Doksuri qasırğası bu ölkəni də təsiri altına almaqda davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net