Rusiya: "Qərb silahları Ukraynaya uğur gətirmir"
“Qərb silahları döyüş meydanında uğur qazandırmır, ancaq hərbi münaqişələri uzadır”.
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun son bir ayda Almaniya istehsalı Leopard tankları və ABŞ istehsalı Bradley zirehli maşınları da daxil olmaqla 2227 silah itirdiyini bildirib: “Qərb silahları meydanda uğur qazandırmır, onlar yalnız münaqişəni uzadacaq”.
Rusiya ordusunun bütün istiqamətlərdə aktiv hücumlarını davam etdirdiyini, əsas səylərini Ukrayna ordusunun döyüş qabiliyyətinin zəiflədilməsinə yönəltdiyini bildirən Şoyqu təkcə iyulun 26-27-də Rabotino qəsəbəsi yaxınlığında 400-dən çox ukraynalı əsgəri zərərsizləşdirdiklərini bildirib. 3 Alman Leopard tankı və 2-si Fransız tankı olmaqla 31 tank və 32 zirehli texnikanı məhv etdiklərini də qeyd edib.
Şoyqu xatırladıb ki, Rusiya ordusu bu yaxınlarda əks-hücum və manevrlərlə Krasno-Liman istiqamətində Kovalevka və Sergeyevka yaşayış məntəqələrini, Kupyansk istiqamətində isə Molçanovka qatar stansiyasını nəzarətə götürüb.